Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin keçmiş klubu “Legiya”ya borcunu bir neçə gün ərzində ödəməsinin səbəbi bəlli olub.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, Zaqreb təmsilçisi onu müqaviləni pozmaqla qorxudub.
Məsələ burasındadır ki, Polşa klubuna borcunu ödəmədiyi üçün FIFA tərəfindən futboldan uzaqlaşdırılan 25 yaşlı futbolçuya “Dinamo” rəhbərliyi ultimatum verib: “Borcunu qısa müddətdə ödəməsən, müqaviləni ləğv edəcəyik”. Məhz bu xəbərdarlıqdan sonra “Legiya”ya olan 105 min avroluq borcunu ödəyən Emreli ilə bağlı sanksiya da aradan qalxıb.
Mahir artıq bu gün Çempionlar Liqasının qrup mərhələsində “Zalsburq”la ev oyununda iştirak ərizəsində yer alacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.