İntizam Komitəsinin iclası keçirildi
02.04.2024 - 16:32
İntizam Komitəsinin iclası keçirildi

Bu gün İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXVIII tur

30.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVIII turun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

31.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVIII turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

31.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVIII turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 42.3);

I Liqa XIX tur

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyununun 35-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qaradağ Lökbatan” klubu 150 manat cərimə edilir (maddə 52.2);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Araz Saatlı” – “Mingəçevir” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 71-ci dəqiqəsində “Şamaxı” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə (rəqibi aqressiv şəkildə itələdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şamaxı” klubu 150 manat cərimə edilir (maddə 40.1);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 81-ci dəqiqəsində “İmişli” klubunun 44 nömrəli futbolçusu Həzrət İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “İmişli” klubu 50 manat cərimə edilir (maddə 36.5);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 63 və 80-ci dəqiqələrində “İmişli” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Əvəzedicilər liqası XXVIII tur

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Qəbələ-2” – “Neftçi-2” oyununun 87-ci dəqiqəsində “Qəbələ-2” komandasının 71 nömrəli futbolçusu Sənan Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);

31.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Səbail-2” – “Turan Tovuz-2” oyununun 45+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 55 nömrəli futbolçusu Raul Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

31.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 91);

01.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 4-cü dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilir (maddə 41).

writer photo
Əlirza Əlirzalı
0