"Qalatasaray"da ayrılıq
19.01.2024 - 12:01
"Qalatasaray"da ayrılıq

"Qalatasaray" mövsümün ilk yarısında lisenziyası verilməyən Kristian Luyindama ilə müqaviləyə xitam verib. 

Apasport.az bu barədə Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir.

2018–2019 mövsümünün ortasında "Qalatasaray"a keçən Kristian Luyindama 2021–2022 mövsümünün yanvarında Səudiyyə Ərəbistanından "Al-Taavon"a icarəyə göndərilib.

"Antalyaspor" üçün icarəyə verilən konqolu oyunçu 2022-2023 mövsümü başlamadan Qalatasaray'a döndü.

Qeyd edək ki, Super Liqada 58 dəfə sarı-qırmızı forma geyinən Luyindama 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0