Argentina millisinin sabiq futbolçusu Papu Qomes dopinq qalmaqalına aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatında qızıl medal qazanan 35 yaşlı hücumçu qadağan olunmuş preparat qəbulunu inkar edib.
O, dopinq testin pozitiv nəticələnməsinin səbəbinə də açıqlayıb. Papu bunu bir səhvlə izah edib. O, səhvən oğlunun öskürək dərmanının qəbul etməsi ilə əlaqələndirib: "Mən heç vaxt dopinq üsullarından istifadə etməmişəm. Heç vaxt belə niyyətim də olmayıb".
Qeyd edək ki, Qomes qadağan olunmuş maddələrdən istifadə üçün FİFA tərəfindən iki il müddətinə cəzalandırılıb.