Osimhen üçün 100 milyon avro
27.08.2022 - 17:47
Osimhen üçün 100 milyon avro

Viktor Osimhen “Mançester Yunayted”ə keçsə, Kriştiano Ronaldo karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “Napoli”nin hədəfindədir.

“Mançester Yunayted” İtaliya klubunun hücumçusu Viktor Osimhen üçün 100 milyon avro ödəmək, üstəlik Neapola keçəcək Ronaldonun maaşının 85 faizini ödəməyə razıdır. Hazırda iki klub arasında danışıqlar davam edir. “Napoli” Viktor üçün 130 milyon tələb edir.
 

writer photo
Əlirza Əlirzalı
0