Türkiyə klubu Superliqadan çəkildi – RƏSMİ
09.02.2023 - 21:09
Türkiyə klubu Superliqadan çəkildi – RƏSMİ

Türkiyənin "Hatayspor" klubu cari mövsüm Superliqada mübarizə aparmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) prezidenti Mehmeh Büyükekşi bildirib.

O bildirib ki, zəlzələ səbəbindən "Hatayspor"un yazılı müraciəti əsasında bu komanda Superliqada mübarizəni dayandırıb. "Qaziantep" klubu da bu istəklə çıxış etsə, Superliqa bu mövsüm 17 komanda ilə mübarizəyə davam edəcək. TFF prezidentinin sözlərinə görə, ya bu 2 komandanın xalları silinəcək, ya da indidən sonra bu komandalarla oynayacaq klublara 3 xal veriləcək.

Həmçinin, Mehmet Büyükekşi bildirib ki, "Hatayspor"un qanalı hücumçusu Kristian Atsunun da axtarışları davam etdirilir. Qapıçısı vəfat etmiş I divizion klubu "Yeni Malatspor"un durumu da nəzərdən keçirilir.

Qeyd edək ki, "Hatayspor" 23 xalla 14-cü sırada idi. "Qaziantep" isə 25 xalla 10-cu pillədədir.

writer photo
Əlirza Əlirzalı
0