“Zenit” – çempion!!!
07.05.2023 - 21:18
“Zenit” – çempion!!!

Rusiya Premyer Liqasının qalibi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, sona 4 tur qalmış “Zenit” çempion titulunu qazanıb.

26-cı turda əsas rəqiblərindən biri “Spartak”ı qəbul edən Pererburq klubu 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da ən yaxın izləyicisi MOİK-i 13 xal qabaqlayan "Zenit" doqquzuncu dəfə Rusiya çempionu tituluna yiyələnib. Bu, həm də onların ardıcıl 5-ci uğuru kimi tarixə düşüb.

Qeyd edək ki, 10 dəfə çempion olan “Spartak” Rusiyanın ən titullu klubudur.

writer photo
Əlirza Əlirzalı
0