Arda Gülər La Liqada debütə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, yayda bonuslarla birlikdə 30 milyon avroya “Fənərbaxça”dan Madrid “Real”ına transfer olunan 18 yaşlı futbolçu yeni komandasında ilk oyununa çıxacaq.
Paytaxt klubunun Amerika toplanışı zamanı zədələnən futbolçu 6 həftəlik fasilədən sonra intensiv məşqləri bərpa edib. Mərkəz yarımmüdafiəçisi La Liqanın VII turu çərçivəsində keçiriləcək “Las Palmas”la ev oyununda iştirak edəcək. Baş məşqçi Ançelottinin türk futbolçunu matçın ikinci hissəsində meydana buraxması gözlənilir.
Qeyd edək ki, Arda sabiq komandası ilə çıxdığı 51 matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.