Gimnastika Federasiyası təlim-məşq toplanışı keçirir
08.08.2024 - 17:42
Gimnastika Federasiyası təlim-məşq toplanışı keçirir

Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir.

Apasport.az xəbər verir ki, məşqlər bölgələrdə fəaliyyət göstərən bədii gimnastika üzrə məşqçilər üçündür.

Təlimdə 35 bölgədən 19 məşqçi öz bilik və bacarıqlarının artırılması üçün iştirak edir.

Qeyd edək ki, toplanış 4-9 avqust tarixlərini əhatə edir.

writer photo
Əlirza Əlirzalı
0