Ançelottidən Modriçə maraqlı təklif
20.02.2024 - 17:09
Ançelottidən Modriçə maraqlı təklif

Luka Modriç "Real"ın məşqçilər korpusunda yer almaq şansı qazanıb.

Apasport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçiyə məşqçilər korpusunda yer almağı təklif edib. 

38 yaşlı futbolçu mövsümün sonunda karyerasını bitirərsə, o zaman Don Karlonun komandasında işləyə bilər. Düzdür, Modriç ilkin mərhələdə bu çağırışa müsbət reaksiya verməyib. Ancaq futbolçunun fikrini dəyişmək etimalı da var. İddialara görə, Luka yayda klublardan hansı təkliflər alacağını gözləyir və yalnız bundan sonra gələcəyi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, bu mövsüm 28 matçda forma geyinən Modriç, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0