“Qarabağ”a geri qayıdan Musa Qurbanlı əslində Avropada qalmaq şansına sahib olub.
Apasport.az saytına verilən məlumata görə, milli komandamızın gənc hücumçusu Niderland yüksək liqasında yarışan “Velveyk” və Türkiyə birinci liqasında yarışan “Boluspor”un təklifinə müsbət yanaşmayıb.
“Yurqorden”də özünü xoşbəxt hiss etmədiyi və çox oyun şansı qazanmadığı üçün İsveçi tərk etmək qərarına gələn Qurbanlı özünü xoşbəxt hiss edəcəyi üçün “Qarabağ”a qayıtmaq qərarına gəlib. Ona görə də, nə “Velveyk”, nə də “Boluspor”un təklifi Musa üçün maraqlı olub.
Əlavə edək ki, “Yurqorden”dən ayrılan Musa “Qarabağ”la üç illik müqavilə imzalayıb.