La Liqa təmsilçilərindən "Valensiya"da çıxış edən gürcüstanlı qapıçı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.
Məlumata görə, 23 yaşlı qolkiperin xidmətində "Liverpul" maraqlıdır.
Mersisaydlılar Alisson Bekkerdən ayrılacağı təqdirdə Mamardaşvilinin namizədliyini nəzərdən keçirir. Braziliyalı qolkiper “qırmızılar”ı tərk edərək Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.
Qeyd edək ki, gürcü qolkiperin bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Onunla “yarasalar” arasındakı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq.