Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycanın U-18 milliləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA ) çempionatında güclərini sınayacaqlar.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, hər iki yığma bu gün yarışın keçiriləcəyi Latviyanın Cesis şəhərinə yola düşüblər.
13-15 avqust aralığında baş tutacaq turnirdə ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Yarışda Azərbaycanla yanaşı Estoniya, Ukrayna, Polşa, Litva və Latviya voleybolçuları da çıxış edəcəklər.