"Mançester Yunayted" 85 milyon avroya futbolçu alacaq
13.03.2024 - 15:37
"Mançester Yunayted" 85 milyon avroya futbolçu alacaq

İngiltərə Premyer Liqa klubu olan “Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək istəyir. 

Apasport.az “Todofichajes”ə istinadla xəbər verir ki, Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Quimaraes “qırmızı şeytanlar”ın maraq dairəsindədir. 

"Transfermarkt" portalı 26 yaşlı yarımmüdafiəçini 85 milyon avro olaraq dəyərləndirib. 

Braziliyalı İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun "sağsağanlar"la müqaviləsi 2028-ci ilin iyun ayının sonunda bitir. 

Qeyd edək ki, əvvəllər mətbuatda Bruno ilə “Mançester Siti”, “Çelsi” və PSJ klublarının maraqlandığı barədə xəbərlər yayılmışdı.

writer photo
Əlirza Əlirzalı
0