Millinin sabiq futbolçusundan vida
30.10.2023 - 15:38
Millinin sabiq futbolçusundan vida

İngiltərə millisinin sabiq futbolçusu Denni Drinkuoter karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bunu yarımmüdafiəçinin özü açıqlayıb.

O, bu addımı 33 yaşında atıb. Denni bildirib ki, bir müddət təkliflər gözlədikdən sonra futbolla vidalaşmağa üstünlük verib.

Qeyd edək ki, Drinkuoter “Mançester Yunayted”, “Lester”, “Redinq” və “Çelsi”də forma geyinib. O, İngiltərə millisində 3 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0