"Fənərbaxça"nın ulduz futbolçusu Edin Ceko Türkiyə Super Liqasının bombardirlik yarışına liderlik edir.
Apasport.az xəbər verir ki, 37 yaşlı bosniyalı əsas rəqibi ilə qol fərqini 4-ə yüksəldib. Ceko çıxdığı 18 matçda 16 dəfə fərqlənib. Rəqibi Mauro İkardi isə 17 matçda 12 qola imza atıb.
"Qalatasaray"ın ulduzunu sabiq "Fənərbaxça"lı Mame Tiam izləyir. Seneqallı futbolçu 19 matçda 11 qol-a çatıb.
Super Liqa bombardirlik yarışının siyahısı belədir:
1. Edin Ceko ("Fənərbaaxça") - 16 qol
2. Mauro İkardi ("Qalatasaray") - 12 qol
3. Mame Tiam ("Kayserispor") - 11 qol
4. Sebastian Şimanski ("Fənərbaaxça") - 9 qol
5. Aytaç Kara ("Kasımpaşa") - 9 qol
6. Adam Buksa ("Antalyaspor") - 8 qol
7. Sokol Cikalleşi ("Konyaspor") - 8 qol
8. Mbaye Nianq ("Adana Dəmirspor") - 8 qol
9. Paul Onuaçu ("Trabzonspor") - 8 qol
10. Rey Manaj ("Sivasspor") - 8 qol
11. Duşan Tadiç ("Fənərbaxça") - 7 qol