“Real” onu icarəyə verir 
18.06.2022 - 22:26
“Real” onu icarəyə verir 

“Real” yarımmüdafiəçisi Reynyeri yenidən icarəyə verə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu onun bu dəfə başqa komandada gücünü sınamasını istəyir.

20 yaşlı braziliyalı son iki mövsümü icarə əsasında Dortmund “Borussiya”sında keçirib. Ancaq gənc pleymeyker orada əsas heyətdə özünə yer edə bilməyib. İndi də “Roma” Reynyeri icarəyə götürmək fikrindədir. Bunun üçün isə İtaliya klubu oyunçularından biri ilə vidalaşmalıdır. Bunun da Stefan El-Şaravi olması gözlənilir.

Qeyd edək ki, Reynyerin “Real”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0