PSJ müdafiəçisini itirdi
12.09.2022 - 11:37
PSJ müdafiəçisini itirdi

PSJ itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin müdafiəçisi Presnel Kimbembe zədələnib.

27 yaşlı müdafiəçi ən azı 1 ay meydanlardan kənar qalacaq. Kimbembe Liqa1-in “Brest”lə görüşünün (1:0) sonlarında sol ayağından xəsarət alıb. Bu üzdən də futbolçu 89-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Presnel həm PSJ-nin oyunlarını, həm də Fransa yığmasının Millətlər Liqasında Avstriya və Danimarka ilə görüşlərini buraxacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0