Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze məşqçi karyerasını bərpa etməyə yaxındır.
Apasport.az saytımın məlumatına görə, dünya çempionatları tarixinin ən yaxşı bombardiri “Sürix”in baş məşqçi postuna əsas namizəddir.
İsveçrə klubu indiki çalışdırıcısı Corcio Kontini ilə yollarını ayırmağa qərar verib. Mütəxəssis mövsümün sonunda komandadan göndəriləcək. Bu barədə baş məşqçinin özü də məlumatlandırılıb.
Buna Kontininin açıqlamaları səbəb olub. O, bir neçə ay əvvəl klubdan getmək istədiyini, rəhbərliyin tutduğu yolu bəyənmədiyini bəyan edib. Bütün bunları təhlil edən rəhbərlik onun yerinə mütəxəssis axtarmağa başlayıb.
Sürixin eyniadlı təmsilçisi artıq Kloze ilə danışıqlara da start verib. Hazırda işsiz olan 45 yaşlı almaniyalının yayda yeni klubunda çalışmağa başlayacağı gözlənilir.
Qeyd edək ki, Kloze mövsümün əvvəlindən rəhbərlik etdiyi Avstriya təmsilçisi “Altax”dan ötən ay ayrılıb.