40 milyonluq fərq
27.12.2022 - 16:37
40 milyonluq fərq

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, “topçular” Ukraynanın “Şaxtyor” klubunun 21 yaşlı yarımmüdafiəçisi Mixail Mudriki heyətə cəlb etmək istəyir.

London təmsilçisi futbolçunu qış transfer dönəmində 60 milyon avroya almağa çalışsa da, Donetsk təmsilçisi bu qiymətə razılaşmır. Onlar gənc futbolçunu 100 milyon avrodan aşağı satmayacaqlarını bildiriblər. 

Qeyd edək ki, Mudrik bu mövsüm komandası ilə çıxdığı 12 oyunda 7 qol və 6 qol ötürməsi ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0