Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görülüb
12.06.2024 - 15:54
Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görülüb

Tovuz şəhər stadionunda quraşdırılmış süni örtük FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Apasport.az xəbər verir ki, bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb.

FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

writer photo
Əlirza Əlirzalı
0