“Mançester Yunayted”ə müştəri
18.08.2022 - 22:43
“Mançester Yunayted”ə müştəri

“Mançester Yunayted”in sahibi dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, böyük britaniyalı milyarder Cim Retkliff Premyer Liqa klubunu almağa qərar verib.

“Nitsa” və “Lozanna”nın sahibi olan funksioner Mançester təmsilçisini də ələ keçirmək istəyir. Klubun hazırkı bazar qiyməti 5 milyard funt sterlinqdir.

Qeyd edək ki, “Mançester Yunayted”in indiki sahibi Malkolm Qleyzer klubu 2005-ci ildə alıb. 
 

writer photo
Əlirza Əlirzalı
0