"Fənərbaxça" və "Qalatasaray"ın Tilemans savaşı
12.10.2023 - 14:18
"Fənərbaxça" və "Qalatasaray"ın Tilemans savaşı

"Aston Villa"nı qışda tərk edəcək ilk futbolçu bəlli olub.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Yuri Tilemans yanvarda komandasını dəyişmək üçün rəhbərliyə müraciət edib.

Baş məşqçi Unai Emeri ilə yola getməyən 26 yaşlı futbolçu mövsümün əvvəlində “Lester”dən Birmingem təmsilçisinə keçib. Müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulan yarımmüdafiəçinin xidmətində Türkiyə klubları da maraqlıdır. Oliveyranın gedəcəyini nəzərə alsaq, Tilemansın adı "Qalatasaray"ın istədiyi oyunçular siyahısında ən başdadır. "6 nömrə" üçün alternativ axtaran "Fənərbaxça" isə hələ yay aylarından belçikalını gözaltı etmişdi.

Qeyd edək ki, bu mövsüm 13 matçda iştirak edən Tilemans fərqlənə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0