UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda “Mançester Yunayted” səfərdə “Portu” ilə 3:3 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, növbəti Avropa matçında "Fənərbaxça" ilə qarşılaşacaq İngiltərə təmsilçisinin üzvü Bruno Fernandes qırmızı vərəqə alaraq cəzalanıb.
Matçın 32-ci dəqiqəsində ilk sarı vərəqəni, 81-ci dəqiqədə isə ikinci sarı vərəqəni görən Bruno qırmızı vərəqə alaraq oyundan kənarda qalıb.
Beləliklə, futbolçu "Fənərbaxça" ilə matçı buraxacaq.
Qeyd edək ki, "Fənərbaxça"-"Mançester Yunayted" matçı 24 oktyabr saat 23:00-da Kadıköydə keçiriləcək. “Fənərbaxça” 4 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 2 xalla 21-ci yerdədir.