"Sevilya" “qara zolaq”dan çıxdı
20.12.2023 - 12:18
"Sevilya" “qara zolaq”dan çıxdı

"Sevilya" yeni baş məşqçisi ilə çıxdığı ilk qarşılaşmada qalib gəlib.

Apasport.az xəbər verir ki, Əndəlüs klubu La Liqanın 18-ci turunda "Qranada"nın qonağı olub.

Kike Sançes Floresin rəhbərliyi altında ilk oyununu keçirən komanda səfər görüşündə 3:0 hesabı ilə qalib gəlib. Bununla da onlar 10 məğlubiyyətdən sonra ilk qələbəsini qazanaraq “qara zolaq”dan çıxıb.

Qeyd edək ki, 17 matçdan sonra 16 xal toplayan əndəlüslülər turnir cədvəlinin 13-cü sırasında yer alıb. Komanda növbəti matçında səfərdə Madrid "Atletiko"sunun qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0