“Arsenal”da ciddi itki
18.09.2023 - 10:52
“Arsenal”da ciddi itki

"Arsenal" ciddi itki ilə üzləşib. 

Apasport.az saytı xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Martinelli zədələnib.

22 yaşlı futbolçu bu səbəbdən Premyer Liqanın V turunun "Everton"la matçında meydanı vaxtından əvvəl tərk edib. Oyunun 24-cü dəqiqəsində braziliyalı müdafiəçini Leandro Trossard əvəzləyib. Həkimlər hələlik onun durumu ilə bağlı açıqlama verməyiblər. 

Qeyd edək ki, bu mövsüm 8 matçda iştirak edən Martinelli 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0