Mourinyonun Messi arzusu
11.02.2024 - 10:38
Joze Mourinyo son açıqlaması ilə gündəm olub.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin sükanı arxasında olmaq istəyir.
Gələcək karyerası ilə bağlı danışan 61 yaşlı məşqçi ABŞ-da işləməyin əleyhinə olmadığını deyib. İndiyə kimi Messinin oynadığı komandalara rəhbərlik etmədiyini deyən Mourinyo, təklif gələcəyi təqdirdə “İnter Mayami”ni çalışdırmağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Avropanın bir çox top-klubunda baş məşqçi olan Mourinyonun son iş yeri İtaliya təmsilçisi “Roma” olub.
0
0