Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, mundialın 8-ci gününün son matçı E qrupunda baş tutub.
Son üç mundialdan ikisinin qalibi İspaniya – Almaniya duelində qarşılaşıb. Hans-Diter Flikin yetirmələri dörd il əvvəlki fiaskonu yaşamamaq üçün bu görüşdən müsbət nəticə ilə ayrılmalı idi. Bundestim tapşırığın öhdəsindən müəyyən qədər gəlib. Hərəyə 1 qol vuran tərəflər matçdan bərabərliklə ayrılıb. Beləliklə, bu qrupda 1/8 finalçıların adına son turda aydınlıq gələcək.
Qeyd edək ki, E qrupunun digər oyununda Yaponiya ilə Kosta-Rika qarşılaşıb və ikincilər 1:0 hesabı ilə qalib gəlib.
DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
E qrupu
23:00. İspaniya - Almaniya 1:1
Qollar: Alvaro Morato, 62 - Niklas Füllkruq, 83
1 |
İspaniya |
2 |
1 |
1 |
0 |
8-1 |
4 |
2 |
Yaponiya |
2 |
1 |
0 |
0 |
2-1 |
3 |
3 |
Kosta-Rika |
2 |
1 |
0 |
1 |
1-7 |
3 |
4 |
Almaniya |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |