Bu gün İtaliya A seriyasının son turunda “Fiorentina” ilə “Yuventus” qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, tanınmış futbol şərhçisi Elvin Kərimov oyundan gözləntilərini açıqlayıb.
“Matç TV”nin şərhçisi qarşılaşma barədə proqnoz verib. Ekspert bu görüşdə məhsuldarlıq gözləyir:
“Fiorentina” A seriyasının son turunda “Yuventus”u qəbul edəcək. Florensiya təmsilçisi avrokuboklara vəsiqə üçün mübarizə aparmalıdır. Onların əsas rəqibi “Atalanta”dır.
“Fiorentina” mövsümü pis keçirməyib. Komanda topa yaxşı nəzarət edir, mövqe hücumları qurmağa və dominantlıq etməyə çalışır. Amma mövsümün finişində nəticə baxımından yaxşı təsir bağışlamır: 6 oyunda 5 məğlubiyyət.
“Yuventus” turnir baxımından motivasiyasızdır. Komanda artıq ilk “dördlük”də yerini təmin edərək minimum vəzifəni yerinə yetirib. “Yuventus” mövsümlərarası dövrdə dəyişəcək. Paulo Dibala, Alvaro Morata, Corco Kyellini gedəcək. Baş məşqçi Massimiliano Alleqri komandanın asan keçməyən mövsümü qələbə ilə bitirməsini istəyir. Hətta qarışıq heyətlə oynasa da, “Yuventus” qalib gəlməyə çalışacaq. Axı belə heyətdə də özünü göstərməyə yetərincə futbolçu var.
“Fiorentina” özü üçün mövsümün ən vacib matçına çıxacaq. Əgər komanda avrokuboklara qayıtmağı bacarsa, son illərdə parlaq görünməyən komanda üçün böyük hadisə olacaq.
Motivasiyalı “Fiorentina” həvəsli “Yuventus”a qarşı oynayırsa, hər şey hücum futbolundan və çox sayda qoldan xəbər verir. Biri risk etməyə, digəri zövq almağa çalışacaq. Mən hər iki komandanın qol vuracağı və 2-dən çox qol olacağına qoyuluş etməyi təklif edirəm. Proqnozum Q/Q və 2,5 üstdür.