“Qarabağ”ın ev oyunlarının yeri dəyişdirildi
21.10.2022 - 14:57
“Qarabağ”ın ev oyunlarının yeri dəyişdirildi

“Qarabağ”ın Premyer Liqada ev oyunlarını keçirdiyi “Azersun Arena” təmirə bağlanıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, adıçəkilən arenanın ot örtüyündə renovasiya işləri aparılıb. Bu üzdən Ağdam təmsilçisi növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Qurban Qurbanovun yetirmələri ölkə çempionatının XIII turu çərçivəsində noyabrın 6-da “Kəpəz”i məhz mərkəzi arenada qəbul edəcək.

writer photo
Əlirza Əlirzalı
0