AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər
14.02.2024 - 17:08
AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər

Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.

Sportal.az xəbər verir ki, fevralın 15-dək davam edəcək seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.

Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:

Niderlandda Lisenziyalaşdırma sisteminin inkişafı;

Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;

Lisenziar olan Milli Assosiasiyaların sertifikasiyası;

UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;

Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;

UEFA-nın Milli Assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;

Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.

writer photo
Əlirza Əlirzalı
0