AVRO-2024-ün seçmə mərhələsində 5 qrupun oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, yığmamızın yer aldığı F qrupunda liderlər qələbə qazanıblar.
Belçika səfərdə Estoniyanı 3:0 hesabı ilə məğlub edib. 3 gün əvvəl Bakıdan heç-heçə ilə dönən estonlar güclü rəqibə müqavimət gəstərə bilməyiblər. Avstriya – İsveç görüşündə meydan sahibləri üstün olublar. Baumqartner 81 və 89-cu dəqiqələrdə qələbə qollarının müəllifi olub.
Günün sürpriz nəticəsi Moldovada qeydə alınıb. Polşa hesabda 2:0 önə keçsə də, meydan sahibləri böyük əzmkarlıq göstərərək, qələbə qazanıblar (3:2)
Portuqaliya – İslandiya matçı Kriştiano Ronaldo üçün əlamətdar olub. O, yığmada 200-cü oyununu keçirərək, bu səviyyədə ən çox oyun keçirən futbolçu kimi tarixə düşüb. 91-ci dəqiqədə qələbə topunu vuran portuqaliyalı ulduz əlamətdar gündə özünə qiymətli hədiyyə edib.
AVRO-2024, seçmə mərhələ
A qrupu
Şotlandiya – Gürcüstan – 2:0
Norveç – Kipr – 3:1
Şotlandiya – 12, Gürcüstan – 4, Norveç – 4, İspaniya – 3, Kipr – 0 xal.
E qrupu
Moldova – Polşa – 3:2
Farer adaları – Albaniya – 1:3
Çexiya – 7, Albaniya – 6, Moldova – 5, Polşa – 3, Farer adaları – 1 xal.
F qrupu
Avstriya – İsveç – 2:0
Estoniya – Belçika – 0:3
Avstriya – 10, Belçika – 7, İsveç – 3, Estoniya – 1, Azərbaycan – 1 xal.
G qrupu
Bolqarıstan – Serbiya – 1:1
Macarıstan – Litva – 2:0
Macarıstan – 7, Serbiya – 7, Monteneqro – 4, Bolqarıstan – 3, Litva – 1 xal.
J qrupu
Bosniya və Hersoqovina – Lüksemburq – 0:2
İslandiya – Portuqaliya – 0:1
Lixtenşteyn – Slovakiya – 0:1
Portuqaliya – 12, Slovakiya – 10, Lüksemburq – 7, İslandiya – 3, Bosniya və Hersoqovina – 3, Lixtenşteyn – 0 xal.