"Traktor" mövsümə qələbə ilə başladı
17.08.2024 - 12:22
"Traktor" mövsümə qələbə ilə başladı

İran çempionatında 2024/25 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, "Traktor" ilk turda "Mes Rafsanjan"ın qonağı olub. 

Cənubi Azərbaycan təmsilçisi birinci hissədə vurduğu 2 qolla yeni "futbol ili"nə 3 xalla start verib. "Qurdlar"ın heyətində  Amirhossein Hosseinzadeh və Tomislav Strkalj fərqlənib.

Qeyd edək ki, "Traktor" ikinci turda öz meydanında "Persopolis"i qəbul edəcək. 

writer photo
Əlirza Əlirzalı
0