Qattuzo öz ampluasında - futbolçuları döyür
01.10.2023 - 12:28
Qattuzo öz ampluasında - futbolçuları döyür

Cennaro Qattuzo Fransa mətbuatının gündəmini zəbt edib.

Apasport.az saytı xəbər verir ki, "Marsel"in 45 yaşlı yeni baş məşqçisinin məşq keçmə tərzi marağa səbəb olub.

İtaliyalı mütəxəssis məşq zamanı futbolçuları vurur. Lakin bu, aqressivliyin təzahürü deyil, məşqdə yaxşı nəticə göstərən futbolçuları tərifləmək üsuludur. Baş məşqçinin bu tərzi oyunçuların marağına səbəb olub.  Onlar Cennaronun məşq keçmə üslubunun yayda “Marsel”dən ayrılan İqor Tudorun sisteminə çox bənzədiyini bildiriblər.

Qeyd edək ki, Qattuzo 2022/23-cü illərdə İspaniyada “Valensiya”ya rəhbərlik edib.

writer photo
Əlirza Əlirzalı
0