De Byazinin seçimi: İsveç üçün “23-lük”
16.11.2023 - 15:34
De Byazinin seçimi: İsveç üçün “23-lük”

Azərbaycan millisinin İsveçlə oyun üçün sifariş vərəqi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Canni de Byazi sərəncamında olan 27 futbolçudan dördünü bu görüşün heyətinə daxil etməyib. İtaliyalı mütəxəssis Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Cəlal Hüseynov və Emil Səfərova “23-lük”də yer verməyib.

Qapıçılar: Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə), Yusif İmanov (“Sabah”);

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya);

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”),  Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0