De Byazi İran klubunu çalışdıra bilər
22.01.2024 - 14:01
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İran klubu “Persepolis”də çalışa bilər.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis De Byazi ilə yanaşı portuqaliyalı Joze Vitor dos Santuş Pezeyru da bu klubun maraq dairəsindədir.
63 yaşlı Pezeyru hazırda Nigeriya milli futbol komandasına rəhbərlik edir. O, 2003/2004 mövsümündə “Real”da baş məşqçi Karluş Keyruşun köməkçisi olub.
Qeyd edək ki, “Persepolis” yanvarın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədi ilə yollarını ayırıb.
0
0