Antoni komandadan uzaqlaşdırıldı
10.09.2023 - 17:51
Antoni komandadan uzaqlaşdırıldı

Braziliyalı futbolçu Anoninin şəxsi həyatındakı problemlər bitmir.

Apasport.az-ın məlumatına görə, bunu nəzərə alan “Mançester Yunayted” futbolçunu heyətdən uzaqlaşdırıb.

Yığma komandaların düşərgəsinə yollanmayan oyunçular bazar ertəsi klubun düşərgəsinə qoşulmalı idilər. Amma klubdan verilən rəsmi açıqlamada haqqında araşdırmalar aparılan Antoninin komandadan heyətindən uzaqlaşdırılmasına qərar verildiyi bildirilib.

Qeyd edək ki, bir neçə qadın braziliyalı futbolçu tərəfindən zorakılığa məruz qalması ilə bağlı şikayət edib. Artıq Antoni ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.
 

writer photo
Əlirza Əlirzalı
0