Deşam: "Onun son açıqlamaları yersiz idi"
11.01.2023 - 21:23
Deşam: "Onun son açıqlamaları yersiz idi"

“FFF rəhbərinin son açıqlamaları, təbii ki, özünün də etiraf etdiyi kimi, yersiz idi. Düşünürəm ki, o, Zizudan üzr istəyə bildiyi üçün çox yaxşıdır".

Apasport.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

O, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla arasında rəqabət olub-olmaması ilə bağlı sualı cavablandırıb: "Bu vəziyyət mənimlə Zidan arasında idman rəqabəti haqqında danışmağa səbəb oldu. Amma sizi əmin edə bilərəm ki, ona həmişə böyük hörmətim olub. Biz bir oyunçu kimi çox şeylərdən keçmişik və mən onun həmişə ümumilikdə Fransa futbolu və idmanı üçün nə demək olduğunu bilib qiymətləndirmişəm. Bu barədə başqa açıqlamalar verməyəcəyəm".

Qeyd edək ki, Zinəddin Zidan Fransa millisinin baş məşqçiliyinə namizəd sayılırdı. Lakin hazırkı komandanın çalışdırıcısı Didye Deşam Fransa Futbol Federasiyası (FFF) ilə müqaviləsi müddətini uzadıb. Daha sonra FFF-nin rəhbəri Noel Le Qre Zidan haqqında xoşagəlməz fikirlər səsləndirib və bu gün istefa verməli olub.

 

writer photo
Əlirza Əlirzalı
0