Vinisiusun oynayacağı vaxt bəlli olub
26.09.2023 - 14:04
Vinisiusun oynayacağı vaxt bəlli olub

"Real Madrid"in hücumçusu Vinisius Junior zədəsini sağaldıb.

Apasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ancelotti 23 yaşlı futbolçunun qrup məşqlərinə qayıtdığını bildirib.

Braziliyalı forvard La Liqanın III turunun "Selta Viqo" ilə oyununda (1:0) aldığı zədə, həmçinin qastroenterit səbəbindən avqustun 25-dən etibarən meydana çıxmayıb. Onun sentyabrın 27-də "Las Palmas"a qarşı oyun üçün heyətə daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm 3 matçda meydana çıxan Vinisius rəqib qapısına 1 qol vurmağı bacarıb.

writer photo
Əlirza Əlirzalı
0