Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:
12.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
12.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində “Səbail” klubunun 4 nömrəli futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Səbail” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
14.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXX turun “Qəbələ-2” – “Turan Tovuz-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
15.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXX turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
15.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXX turun “Səbail-2” – “Kəpəz -2” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz-2” komandasının 66 nömrəli futbolçusu Arzu Atakişiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kəpəz-2” komandası 300 manat cərimə edilir (maddə 40.3);
13 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Masallı” PFK – “Olimpiya” (Ağcabədi) FK oyununda “Masallı” PFK komandasının heyətində 44 nömrəli futbolçusu Elmin Kazımovun qarşılaşmanın 115-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
14 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyəzən” PFK – “Göyçay” FK oyununda “Göyçay” FK komandasının heyətində 7 nömrəli futbolçusu Elgün Xəlilovun qarşılaşma bitdikdən sonra qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
12 aprel 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK – “Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 2 nömrəli futbolçusu Eltun Həsənlinin qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
2 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Səbail” FK – “Kəpəz” PFK oyununda “Səbail” FK komandasının heyətində 4 nömrəli futbolçusu Amid Alxasovun qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 40.1);
13 aprel 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən İCBFA – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 11 nömrəli futbolçusu Məhəmməd Mədətovun qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
13 aprel 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Neftçi” PFK oyununda “Turan Tovuz” FK komandasının heyətində 9 nömrəli futbolçusu Uğur Məmmədovun qarşılaşmanın 53-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
13 aprel 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Neftçi” PFK oyununda Neftçi PFK komandasının heyətində 11 nömrəli futbolçusu Ramin Abıyevin qarşılaşmanın 53-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
14 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Kəpəz” PFK – “Şorsu” (Şəki) oyunu “Şorsu” (Şəki) komandası komandası təyinedilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Şorsu” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
14 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Şirvansaray” FK – “İrəvan” FK oyununda “İrəvan” FK komandasının heyətində 2 nömrəli futbolçusu Kərim Heydərovun qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 43.1);
14 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Ulduz” (Mingəçevir) – “Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya” (Ağcabədi) komandası komandası təyinedilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Olimpiya” (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);