Sabiq futbolçusu "Mayns"ı məhkəməyə verir
15.11.2023 - 22:44
"Mayns"ın sabiq futbolçusu Ənvər Əl Qazi Almaniya klubuna qarşı məhkəmə iddiası qaldırır.
Apasport.az xəbər verir ki, hollandiyalı vinger klubdan qanunsuz qovulduğu üçün belə addım atmağa qərar verib.
28 yaşlı futbolçunun müqaviləsinə noyabrın 2-də İsrail - Qəzza münaqişəsi ilə bağlı sosial mediada bir sıra paylaşımlar etdiyi üçün xitam verilib.
Qeyd edək ki, futbolçu “Mayns”a bu ilin yayında PSV-dən keçib.
0
0