Krakov-2023: Bayraqdar 1/32 finalda
23.06.2023 - 17:12
Krakov-2023: Bayraqdar 1/32 finalda

Krakov-2023 III Avropa Oyunlarında Azərbaycan yığmasının daha bir üzvü mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, kamandan oxatmada qadınların fərdi yarışlarında təsnifat mərhələsi başa çatıb.

Millimizin Krakovdakı bayraqdarı Yaylagül Ramazanova 645 xal toplayıb. Təmsilçimiz 23-cü yeri tutub. O, 1/32 finalda litvalı Paulina Ramanauskayte ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələ iyunun 27-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0