Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda 2022-ci ili dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, qurum rəhbəri ilin yekunları ilə bağlı çıxışında milli federasiyalara və oyunçulara il boyu göstərdikləri fəaliyyətlərinə görə təşəkkür edib.
Juda Avropa çempionu olan Azərbaycan milli komandasının da uğuruna da biganə qalmayıb. O, Azərbaycan Minifutbol Federasiyası və yığmamızı təbrik edib: "10 illik yubileyi münasibəti ilə Avropa Minifutbol Federasiyasını (EMF) və nəhayət, son Avropa çempionu olan və öz ölkələrində 2022-ci ilin ən yaxşı kollektiv komandası nominasiyasında fərqlənən Azərbaycan Minifutbol Federasiyasını (AMF), milli komandasını təbrik edirəm. Şübhəsiz ki, EMF EURO 2022-dəki çıxışlarından dolayı onlar buna layiq idi. Çox şadam ki, Azərbaycan Minifutbol Federasiyası (AMF) öz fəaliyyəti ilə dünyada minifutbolun inkişafı və təbliğinə nail oldu”.
Qeyd edək ki, minifutbol yığması Azərbaycan idmanı tarixində komanda növlərində qitə çempionu olan ilk millidir.