“Mançester Siti”nin sahibi olan “City Football Group” holdinqi daha bir klub alır.
Apasport.az saytının məlumatına görə, Braziliyanın “Bayya” klubu da bu holdinqə daxil olacaq.
Artıq alqı-satqı ilə bağlı bütün detallar razılaşdırılıb. Yaxın günlərdə “Bayya”nın sahibinin dəyişməsi rəsmiləşəcək.
Bu, holdinqin 12-ci klubu olacaq. Bunadək 11 komanda “City Football Group”a daxil idi. Bunlar “Mançester Siti”, “Jirona”, “Palermo”, “Lommel”, “Nyu-York Siti”, “Melburn Siti”, “Montevideo Siti”, “Yokoqama Marinos”, “Trua”, “Mumbay Siti” və “Sıçuan Szyunyu”dur.
Qeyd edək ki, “Bayya” Braziliyanın B seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.