Hakimlərimizə UEFA-dan növbəti təyinat
01.04.2024 - 11:42
Hakimlərimizə UEFA-dan növbəti təyinat

Qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda Monteneqronun Podqoritsa şəhərindəki “Gradski Podgorica” stadionunda keçiriləcək Monteneqro – Andorra oyununu Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

5 aprel

18:30. Monteneqro – Andorra
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Joanna Vassallo (Malta)

“Gradski Podgorica” stadionu.
 

 

writer photo
Əlirza Əlirzalı
0