ÇSKA-dan İrfan Can Kahveci üçün 10 milyon avro
24.11.2023 - 00:08
ÇSKA-dan İrfan Can Kahveci üçün 10 milyon avro

Rusiya mətbuatında yayılan xəbərlərə görə, ÇSKA "Fənərbaxça"nın 28 yaşlı futbolçusu İrfan Can Kahveci üçün 10 milyon avro ödəməyə hazırdır.

Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın idarə heyətinin üzvü Səlahəddin Baki bu haqda yayılan xəbərlərə münasibət bildirib.

İstanbul klubunun rəsmisi potensial transfer barədə bunları deyib:

"İrfan üçün ÇSKA-dan heç bir təklif almamışıq. Transfer mümkündürmü? Konkret təklif olmayana qədər, bu haqda danışmaq doğru olmaz".

Qeyd edək ki, Kahvecinin "Fənərbaxça" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0