Ramil Şeydayev Azərbaycan millisi tarixinin bombardirləri sıralamasında bir addım da irəliləyib.
Apasport.az saytının məlumatına görə, hücumçu Şimali Makedoniya ilə yoldaşlıq görüşündə (3:1) fərqlənərək buna nail olub.
Skopyedəki qarşılaşmanın 89-cu dəqiqəsində son nöqtəni qoyan “Qarabağ”ın forvardı yığmadakı qol sayını 9-a çatdırıb. Bununla Dmitri Nazarovu geridə qoyan 26 yaşlı futbolçu milli tarixinin ikinci bombardirliyinə şərik olan Vaqif Cavadov və hazırkı kapitan Emin Mahmudova çatıb. İndi Ramil yalnız baş məşqçisi Qurban Qurbanovdan geri qalır. Hazırda “Qarabağ”ı çalışdıran Qurbanov əsas komandada 14 qola imza atıb.
Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildən çağırıldığı Azərbaycan millisində 52 oyun keçirib.