Rafinya "Barselona"nın antirekordunu müəyyənləşdirib
13.03.2024 - 10:21
Rafinya "Barselona"nın antirekordunu müəyyənləşdirib

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Barselona" "Napoli"ni 3:1 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Rafinya qarşılaşmada antirekoda imza atıb. 

27 yaşlı futbolçu Çempionlar Liqasında oynadığı 10 matçda rəqib qapısına 26 zərbə endirib. Lakin heç biri qol olmayıb. 

Bu göstərici onu Kataloniya klubunun bütün tarixində Çempionlar Liqasında ən çox zərbə endirən, lakin heç bir qol vurmayan "Barselona" oyunçusu edir.
 

writer photo
Əlirza Əlirzalı
0