"Qalatasaray"ın yeni transferi İstanbula gəldi
08.02.2024 - 12:57
"Qalatasaray" axtardığı sol cinah müdafiəçisini Almaniyada tapıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Hannover"dən Derrik Köhn transferi üçün klub və futbolçu ilə anlaşıb.
25 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün İstanbula gəlib.
"Qalatasaray" futbolçu ilə 3,5+1 illik müqavilə imzalayacaq. Türkiyə klubunun alman sol cinah müdafiəçisi üçün "Hannover"ə 2,5 milyon avro ödəyəcəyi bildirilib. Həmçinin "Qalatasaray"ın Derrik Köhnə illik 450 min avro maaş ödəyəcəyi məlum olub.
0
0