“Atletiko”dan ciddi narazılıq
22.11.2023 - 14:54
“Atletiko”dan ciddi narazılıq

"Atletiko" Joao Feliksin "Barselona"dakı çıxışından narazıdır

"Atletiko" hücumçusu Joao Feliksin "Barselona"dakı oyunundan narazı qalıb.

Apasport.az xəbər verir ki, icarə əsasında Kataloniya klubunda çıxış edən portuqaliyalı son 11 matçda bir qol da vurmayıb.

Madrid təmsilçisi futbolçunun keçidindən  80 milyon avro qazanmaq istəsə də, son çıxışları buna imkan vermir. Belə davam edərsə, “Atletiko” Felikslə yollarını ayırmaq barədə düşünməli olacaq.

Qeyd edək ki, 24 yaşlı oyunçu "Barselona"nın heyətində 14 matçda 3 qol vurub və cəmi 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0